12/05/2017

Vüqar Bəybalayev "Sumqayıt" FK ilə müqavilə imzalayıb


"Sumqayıt" Futbol Klubu 2017/2018 mövsümü üçün növbəti transferini həyata keçirib. Komandamız son olaraq, "Kəpəz"də çıxış etmiş Vüqar Bəybalayevi heyətinə qatıb. 23 yaşlı dayaq yarımmüdafiəçi komandamızla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Vüqar 5 avqust 1993-cü ildə Sumqayıtda anadan olub.