11/05/2017

"Sumqayıt" FK-nın rəsmi məlumatı


"Sumqayıt" Futbol Klubu 2017/2018 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Heyətini gücləndirməklə yanaşı komandamızın sıralarını bir neçə futbolçu tərk edib. Belə ki, Mirabdulla Abbasov və Yusif Nəbiyevin icarə müqaviləsinin vaxtı bitdiyi üçün klublarına qayıdıb. Bundan başqa, Maqomed Kurbanov, Ayaz Mehdiyev, Mikayıl Rəhimov, Tərlan Əhmədli və Kamran Abdullazadənin isə mövsümün sonuna qədər nəzərdə tutulmuş müqavilələri başa çatıb. Nasir Abilayev və Seymur Əsədovun müqavilələri isə qarşılıqlı razılıq əsasında ləğv edilib.

"Sumqayıt" FK olaraq, yuxarıda adları sadalanan futbolçulara klubumuza göstərdikləri xidmətlərə görə təşəkkür edirik.