11/05/2017

"Sumqayıt" FK / İllərin təcrübəsi Rail Məlikov


2016/2017 mövsümünün əvvəlində AZAL-dan ayrılaraq "Sumqayıt" Futbol Klubuna keçən Rail Məlikov 18 dekabr 1985-ci ildə Bakıda anadan olub. 31 yaşlı müdafiəçimiz arxada qalan mövsümdə Premyer Liqada "Sumqayıt" FK-nın heyətində 24 qarşılaşmada ümumilikdə 2191 dəqiqə meydanda olub. Karyerası ərzində "Sumqayıt" FK-dan başqa, "Bakı" (2004/07, 47 oyun 1 qol), "Neftçi" (2007/12, 118 oyun 1 qol), "Denizlispor" (2012/13, 2014/15 31 oyun), "Qəbələ" (2013/14, 25 oyun), AZAL-ın (2015/16, 33 oyun) kimi klublarda çıxış edib. Rail Məlikov 2004-2012-ci illər ərzində 40 dəfə Azərbaycan millisinin formasını geyinib.

Qeyd edək ki, Rail 3 dəfə Azərbaycan çempionu olub (1 dəfə "Bakı" 2006, 2 dəfə "Neftçi" 2010/11, 2011/12) və 1 dəfə Azərbaycan kubokuna sahib çıxıb (2005/06 "Bakı").