08/05/2017

"Sumqayıt" FK / Böyük Kapitan Vurğun Hüseynov


2013-cü ildə "Sumqayıt" Futbol Klubu ilə müqavilə imzalayan Vurğun Hüseynov artıq 4 mövsümdür klubumuzun şərəfini qoruyur. 25 aprel 1988-ci ildə Tovuzda anadan olmuş 29 yaşlı futbolçumuz 2016/2017 mövsümündə klubumuzun heyətində 27 oyuna çıxıb və 2430 dəqiqə meydanda olub. Kapitanımız ümumilikdə isə "Sumqayıt" FK-nın heyətində 111 qarşılaşmada meydana çıxıb. Xatırladaq ki, Vurğun Hüseynovun "Sumqayıt" FK-da debütü 2013-cü il avqustun 4-də gerçəkləşib. O, “Xəzər Lənkəran”la ev matçında (1:1) 90 dəqiqə meydanda mübarizə aparıb. Qeyd edək ki, debütü 2005/06 mövsümünə təsadüf edən Hüseynov 13 çempionat ərzində cəmi 3 klubun formasını geyinib. İlk komandası olan “Turan”da 82 oyunda 3 qol vuran müdafiəçimız “Qəbələ”də 65 matçda 4 dəfə fərqlənib. "Sumqayıt" FK-da isə 111 dəfə meydana çıxan futbolçumuz Premyer Liqada 258 oyunda meydanda olub.