08/05/2017

"Sumqayıt" FK-nın ev oyunlarını 19 872 azarkeş izləyib


Topaz Premyer Liqasında 2016/2017 mövsümü arxada qaldı. 28 turluq marafonun sonunda komandamız 35 xalla çempionatı 6-cı pillədə bitirdi. "Sumqayıt" FK arxada qalan mövsümün 14 qarşılaşmasını doğma meydanda "Kapital Bank Arena"da keçirib. Komandamızın ev oyunlarını 14 tur ərzində ümumilikdə 19 872 azarkeş izləyib.

"Sumqayıt" Futbol Klubu olaraq, bütün azarkeşlərimizə mövsüm ərzində komandamızı tək buraxmadıqları üçün təşəkkür edirik.