05/05/2017

Kamal Mirzəyev "Sumqayıt" FK ilə müqavilə imzalayıb


"Sumqayıt" Futbol Klubu 2016/2017 mövsümü üçün növbəti transferini həyata keçirib. Komandamız son olaraq, AZAL-da çıxış etmiş Kamal Mirzəyevi heyətinə qatıb. 22 yaşlı dayaq yarımmüdafiəçi komandamızla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Kamal klub olaraq AZAL-la "Qəbələ"də çıxış edib və Azərbaycanın U-17, U-19 və U-21 millilərinin şərəfini qoruyub.