05/05/2017

"Sumqayıt" FK Kamerunun U-23 millisi ilə yoxlama oyunu keçirib


"Sumqayıt" Futbol Klubu IV İslam Həmrəylik Oyunlarının iştirakçısı Kamerunun U-23 millisi ilə yoxlama oyunu keçirib. "Kapital Bank Arena"da baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Bu oyunda komandamızdan qolları Vurğun Hüseynov və Amil Yunanov vurub.