05/05/2017

2 futbolçumuz U-17 millisinə dəvət alıb


Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Makedoniyanın Skopye şəhərində təlim məşq toplanışı keçirəcək. “Sumqayıt” FK-nın 2 üzvü – Rüfət Abdullazadə və Səbuhi Abdullazadə millinin toplanışına dəvət alıb.

Qeyd edək ki, təlim məşq toplanışı 7-19 may tarixində keçiriləcək.