04/05/2017

"Sumqayıt" FK Cavid İmamverdiyevi heyətinə qatıb


Tural Axundovu heyətinə qatan "Sumqayıt" Futbol Klubu 2016/2017 mövsümü üçün növbəti transferini həyata keçirib. Komandamız son olaraq, "Neftçi"də çıxış etmiş Cavid İmamverdiyevi heyətinə qatıb. 26 yaşlı futbolçu komandamızla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Cavid "Neftçi"dən başqa, "Karvan" və "Elazığspor"un da şərəfini qoruyub.