04/05/2017

Tural Axundov "Sumqayıt" FK ilə müqavilə imzalayıb


3 futbolçu ilə yeni müqavilə imzalayan "Sumqayıt" Futbol Klubu 2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Komandamız son olaraq, "Kəpəz"də çıxış edən Tural Axundovu heyətinə qatıb. 28 yaşlı futbolçu "Sumqayıt" FK ilə 1 illik müqavilə müqavilə imzalayıb.

Qeyd edək ki, Tural Axundov "Kəpəz"dən (62 oyun, 11 qol) başqa, "Muğan" (39 oyun, 3 qol), "Rəvan" (54 oyun) və "Simurq"un (63 oyun) formasını geyinib.