03/05/2017

"Sumqayıt" FK / Əvəzedilməz Fərhad Vəliyev


2016/2017 mövsümünün əvvəlində "Qarabağ"dan ayrılaraq "Sumqayıt" Futbol Klubuna keçən Fərhad Vəliyev 1 noyabr 1980-cı ildə Sumqayıt şəhərində anadan olub. 36 yaşlı qolkiperimiz arxada qalan mövsümdə klubumuzun heyətində ən çox oyun keçirən futbolçudur. Fərhad 28 turun hamısında əvəzlənmədən meydanda olub (2520 dəqiqə). Karyerası ərzində "Sumqayıt" FK-dan başqa, "Kimyaçı", "Şahdağ", "Masallı", "Neftçi", "Gənclərbirliyi", "İnter" və "Qarabağ"ın şərəfini qorumuş Vəliyev 32 dəfə Azərbaycan millisinin formasını geyinib. Qeyd edək ki, Fərhad 4 dəfə Azərbaycan çempionu olub (1 dəfə "Neftçi" - 2003/04, 3 dəfə "Qarabağ" 2013/14, 2014/15, 2015/16) və 5 dəfə Azərbaycan kubokuna sahib çıxıb (2 dəfə "Neftçi" - 2001/02, 2003/04, 3 dəfə "Qarabağ" 2008/09, 2014/15, 2015/16).