02/05/2017

"Sumqayıt" FK 2016/2017 mövsümü / STATİSTİKA


Topaz Premyer Liqasında 2016/17 mövsümü başa çatıb. Arxada qalan 28 tur ərzində "Sumqayıt" Futbol Klubunun əsas komandası 9 qələbə, 8 heç-heçə və 11 məğlubiyyətə imza atıb. Bu qarşılaşmalarda komandamız 28 qol vurub və qapısından 35 top buraxıb.

2016/2017 mövsümündə baş məşqçi Samir Abasov ümumilikdə 26 futbolçunun xidmətindən yararlanıb. Arxada qalan 28 tur ərzində "Sumqayıt" FK-da ən çox forma geyinmiş futbolçular – Fərhad Vəliyev (28 oyun, 2520 dəqiqə), Vurğun Hüseynov (27 oyun, 2430 dəqiqə), Azər Salahlı (27 oyun, 2175 dəqiqə) və Mirabdulla Abbasovdur (27 oyun, 1981 dəqiqə). Qapıçımız Fərhad Vəliyev 2016/2017 mövsümünü əvəzlənmədən və bütün oyunlarda iştirak edən yeganə futbolçudur.

Premyer Liqanın 2016/2017 mövsümündə "Sumqayıt" FK-da ən çox qol vuran futbolçu isə Mirabdulla Abbasovdur. 22 yaşlı futbolçumuz 27 oyunda (1981 dəqiqə) rəqib qapılarından 8 top keçirib. Digər hücumçumuz Amil Yunanov isə 6 qolla komandamızın ikinci ən sərrast futbolçusudur.


Fərhad Vəliyev – 28 oyun (2520 dəqiqə)
Vurğun Hüseynov – 27 (2430)
Azər Salahlı – 27 (2175)
Mirabdulla Abbasov – 27 (1981)
Rail Məlikov – 24 (2191)
Bəxtiyar Həsənalızadə - 23 (1966)
Amil Yunanov – 23 (1306)
Məhəmməd Qurbanov – 22 (1621)
Nicat Muxtarov – 21 (1379)
Yusif Nəbiyev – 19 (1268)
Xəyal Nəcəfov – 18 (1340)
Ayaz Mehdiyev – 15 (1037)
Ehtiram Şahverdiyev – 14 (675)
Seymur Əsədov – 14 (586)
Amit Quluzadə - 13 (1064)
Vaqif Cavadov - 13 (916)
Kamran Abdullazadə - 10 (781)
Afşin Esmaeilzadeh - 10 (639)
Sergey Çernışev – 9 (536)
Fərhad Qıstarov – 7 (510)
İbrahim Abednezhad - 5 (249)
Bəhlul Mustafazadə – 4 (154)
Nasir Abilayev – 4 (117)
Süleyman Əhmədov – 3 (73)
Tural Bayramlı - 2 (30)
Vaquf Güləliyev - 1 (82)

2016/2017 mövsümündə "Sumqayıt" FK-nın vurduğu qolların müəllifləri: Mirabdulla Abbasov (8), Amil Yunanov (6), Vaqif Cavadov (3), Yusif Nəbiyev (3), Məhəmməd Qurbanov (2), Seymur Əsədov, Amit Quluzadə, Nicat Muxtarov, Sergey Çernışev, Azər Salahlı, Bəxtiyar Həsənalızadə.