01/05/2017

Amil Yunanov "Sumqayıt" FK-nın ev oyunlarında 100-cü qolunu vurub


Premyer Liqanın 28-ci turunun “Qəbələ” ilə oyununda hesabı açan hücumçumuz Amil Yunanov “Sumqayıt” FK-nın tarixinə düşüb. Adıçəkilən futbolçu komandamızın ev oyunlarında vurulan 100-cü qolun müəllifi olub. Bu matçadək "Sumqayıt" FK öz meydanında 99 dəfə fərqlənmişdi. “Qəbələ”ni 2:1 hesabı ilə yenən Samir Abasovun yetirmələri bu rəqəmi 101-ə çatdırıb. "Sumqayıt" FK bu qolları 98 matçda vurub. 32 qələbə, 28 heç-heçə və 38 məğlubiyyəti olan komandamız evdə 114 top buraxıb.

pfl.az