01/05/2017

"Sumqayıt" FK Bəxtiyar Həsənalızadə ilə 1 illik müqavilə imzalayıb


Vurğun Hüseynov və Rail Məlikovun ardından "Sumqayıt" Futbol Klubu Bəxtiyar Həsənalızadə ilə də müqavilənin müddətini artırıb. 25 yaşlı futbolçumuz daha 1 il komandamızın şərəfini qoruyacaq. Qeyd edək ki, Bəxtiyar 2016/2017 mövsümündə "Sumqayıt" FK-nın heyətində Premyer Liqada 23 qarşılaşmada meydana çıxıb (1966 dəqiqə) və 1 qol vurub. 2011-ci ildən "Sumqayıt" FK-da çıxış edən adıçəkilən müdafiəçimiz klubumuzun heyətində ümumilikdə 117 dəfə meydana çıxıb.