30/04/2017

“Sumqayıt” FK-nın 4 futbolçusu U-23 millisinə çağırılıb


IV İslam Həmrəylik Oyunlarında iştirak edəcək 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti açıqlanıb. “Sumqayıt” FK-nın 4 üzvü – Mirabdulla Abbasov, Azər Salahlı, Tərlan Əhmədli və Yusif Nəbiyev milli komandanın heyətinə dəvət alıb. Qeyd edək ki, IV İslam Həmrəylik Oyunları 12-22 may tarixləri arasında Bakıda keçiriləcək.