30/04/2017

"Sumqayıt" FK-nın əməkdaşları "Bakı Marafonu-2017"-də iştirak edib


Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu-2017” keçirilib. Saat 10:00-da Dövlət Bayrağı Meydanından start verilən marafonun məsafəsi 21 kilometr olub. Finiş isə Bakı Olimpiya Stadionunda baş tutub. Ümumilikdə 13 mindən çox insanın qatıldığı marafonda “Sumqayıt” FK-nın əməkdaşları da iştirak edib. Qeyd edək ki, “Bakı Marafonu-2017”nin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah məqsədlə bir araya gətirməkdir.