29/04/2017

"Sumqayıt" FK mövsümü qələbə ilə başa vurdu


"Sumqayıt" - "Qəbələ" 2:1
29 aprel 2017. Saat 16:00. Kapital Bank Arena, 1380 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: İsgəndər Əliyev, Elşad Abdullayev
Dördüncü hakim: Rauf Cabbarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Murad Məmmədov
Sarı vərəqələr: Amil Yunanov, 38 (hakim qərarına etiraz); Rail Məlikov, 78 (qeyri-idman hərəkəti); Mirabdulla Abbasov, 88 (qeyri-idman hərəkəti) // Qismət Alıyev, 90 (hakim qərarına etiraz)
Qollar: Amil Yunanov, 27; Mirabdulla Abbasov, 29 // Asif Məmmədov, 40
Artırılan vaxt: I hissədə - dəq.; II hissədə - dəq.

“Sumqayıt”
1. Fərhad Vəliyev
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
5. Seymur Əsədov
(39. Tural Bayramlı, 79)
9. Amil Yunanov
14. Bəxtiyar Həsənalızadə
19. Azər Salahlı
20. Fərhad Qıstarov
22. Mirabdulla Abbasov
77. Ehtiram Şahverdiyev
97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
13. Bəhlul Mustafazadə
21. Nasir Abilayev
25. Ayaz Mehdiyev
70. Fərid Kərimzadə
74. Yusif Nəbiyev

Baş məşqçi: Samir Abasov

“Qəbələ”
33. David Pietrzkeviç
4. Elvin Camalov
(70. Fərid Nəbiyev, 46)
5. Rasim Ramaldanov
(13. Murad Musayev, 46)
8. Qismət Alıyev
11. Asif Məmmədov (k)
18. Baqali Dabo
(90. Ramil Hasanov, 71)
21. Roman Hüseynov
27. Teo Uiks
32. Rəşad Eyubov
26. Ülvi İbazadə
44. Rafael Santos

Ehtiyat oyunçular:
35. Murad Popov
29. Hacıağa Hacıyev
16. Ülvi İsgəndərov
98. Rövlan Muradov

Baş məşqçi: Roman Qriqorçuk

Topaz Premyer Liqasında 28-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu son turda doğma meydanda "Qəbələ" ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə komandamız 2-1 hesablı əzmkar qələbə qazanıb.

Samir Abasov: ("Sumqayıt" FK-nın baş məşqçisi):
"Son turdu, oyun barədə nəsə demək düzgün deyil. Qələbə qazanmışıq, “Qəbələ”yə vacib oyun olsaydı, bəlkə də bu gün başqa hesab qeydə alına bilərdi. Düzdü, itirdiyimiz xallar oldu, bu gün başqa yerdə ola bilərdik. Təsəllimiz odur ki, futbolçularımız və məşqçi heyətimiz gəncdir. Ümumi durumumuza təəssüflənirik”.