27/04/2017

"Sumqayıt" - "Qəbələ" qarşılaşmasını İnqilab Məmmədov idarə edəcək


Topaz Premyer Liqasında 28-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Sumqayıt" – “Qəbələ” qarşılaşmasını İnqilab Məmmədov idarə edəcək. İsgəndər Əliyev və Elşad Abdullayev yan xətlərdə Məmmədova kömək edəcək. 4-cü hakim funksiyasını isə Rauf Cabbarov yerinə yetirəcək. Qeyd edək ki, "Sumqayıt" – “Qəbələ” qarşılaşması 29 aprel saat 16:00-da "Kapital Bank Arena"da baş tutacaq.


29 aprel (şənbə)

“Sumqayıt” – “Qəbələ”
Hakimlər:
İnqilab Məmmədov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Murad Məmmədov
“Kapital Bank Arena”, 16:00