27/04/2017

Samir Abasov və Baba Əsgərov UEFA-nın Pro kateqoriyalı məşqçi kursunda iştirak edir


AFFA-nın Futbol akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun 1-ci moduluna start verilib. "Sumqayıt" Futbol Klubunun A komandasının baş məşqçisi Samir Abasov və U-16 komandamızın baş məşqçisi Baba Əsgərov da kursda iştirak edir. Pro kateqoriyalı məşqçi kurslarının ilkin mərhələsi may ayının 1-nə qədər davam edəcək.