25/04/2017

"Futbol və Sağlam Həyat" adlı layihənin son mərhələsi 32 saylı orta məktəbdə keçirilib


"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün təşkil olunmuş və iki həftə müddətində davam etmiş "Futbol və Sağlam Həyat" layihəsi başa çatıb. Layihənin son mərhələsi H. Zeynalabdin Tağıyev adına qəsəbədə yerləşən 32 saylı orta məktəbində baş tutub. Tədbirdə həmin məktəblə yanaşı daha 4 məktəbin şagirdləri iştirak edib. Ümumilikdə, həmin layihə çərçivəsində 50-dən artıq şagird iştirak edib. Tədbirdə "Sumqayıt" FK-nın akademiyasının məşqçi heyəti çıxış edib. Hazırlanmış xüsusi proqramla bağlı isə "Sumqayıt" FK-nın U-10 komandasının baş məşqçisi Zahir Əsgərov və U-19 komandasının baş məşqçisi Vaqif Paşayev şagirdləri maarifləndirib. Yekunda iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri, "Kapital Bank" ASC-nin hazırladığı xüsusi hədiyyələr təqdim edilib.

Qeyd edək ki, ümumilikdə, 48 məktəbdən 500-dən artıq məktəblinin qatıldığı bu layihə 2014-cü ildən "Kapital Bank" və "Paşa Həyat Sığorta"nın sponsorluğu ilə keçirilir və bu müddət ərzində 2000-dən çox məktəbli bu seminarın iştirakçısı olub.