25/04/2017

"Sumqayıt" - "Qəbələ" oyunu saat 16:00-da start götürəcək


Topaz Premyer Liqasında XXVIII turun oyun cədvəli müəyyənləşib. Bu tur çərçivəsində keçiriləcək olan “Sumqayıt” – "Qəbələ" qarşılaşmasının başlanma saatı açıqlanıb. Aprelin 29-u “Kapital Bank Arena”da baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək.

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasındakı oyun isə aprelin 28-i eyni məkanda keçiriləcək və saat 14:30-da başlanacaq.