23/04/2017

"Sumqayıt" FK səfərdə "Qarabağ"la qarşılaşıb


"Qarabağ" - "Sumqayıt" 2:1
23 aprel 2017. Saat 17:00. “Azersun Arena”, 1800 tamaşaçı
Baş hakim: Elvin Əsgərov
Baş hakimin köməkçiləri: Knyaz Əmiraslanov, Cavanşir Yusifov
Dördüncü hakim: Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Əli Hüseynov
Sarı vərəqələr: Maksim Medvedev, 78 (matçın bərpasını ləngitdiyinə görə); Bədavi Hüseynov, 81 (qeyri-idman hərəkəti); Muarem Muarem, 89 (qeyri-idman hərəkəti); Elvin Yunuszadə, 90+3 (qeyri-idman hərəkəti) // Xəyal Nəcəfov, 31 (perspektivli hücumun qarşısını kəsdiyinə görə); Ayaz Mehdiyev, 87 (qeyri-idman hərəkəti)
Qollar: Muarem Muarem, 12; Elşən Abdullayev, 82 // Amil Yunanov, 83
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

“Qarabağ”
12. Şahruddin Məhəmmədəliyev
5. Maksim Medvedev (k)
6. Dino Ndlovu
(77. Elşən Abdullayev, 75)
10. Muarem Muarem
15. Rahid Əmirquliyev
20. Riçard Almeyda
21. Arif Daşdəmirov
22. Əfran İsmayılov
(11. Mahir Mədətov, 65)
32. Elvin Yunuszadə
55. Bədavi Hüseynov
91. Coşqun Diniyev
(2. Qara Qarayev, 65)

Ehtiyat oyunçular:
1. Boyan Şaranov
18. İlqar Qurbanov
44. Ağabala Ramazanov
16. İbrahim Aslanlı

Baş məşqçi: Qurban Qurbanov

“Sumqayıt”
1. Fərhad Vəliyev
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
5. Seymur Əsədov
(25. Ayaz Mehdiyev, 67)
9. Amil Yunanov
10. Məhəmməd Qurbanov
(21. Nasir Abilayev, 36)
14. Bəxtiyar Həsənalızadə
22. Mirabdulla Abbasov
74. Yusif Nəbiyev
(19. Azər Salahlı, 38)
77. Ehtiram Şahverdiyev
97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
13. Bəhlul Mustafazadə
18. Süleyman Əhmədov
39. Tural Bayramlı

Baş məşqçi: Samir Abasov

Topaz Premyer Liqasında 27-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu səfərdə "Qarabağ"la qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə komandamız 1:2 hesabı ilə məğlub olub.

Samir Abasov: ("Sumqayıt" FK-nın baş məşqçisi): "Bu gün ən azı bir xal götürmək istəyirdik. Qələbə qazanmağa o qədər də şansımız yox idi. Müdafiədə oturub, 1 xal qazanmağı və digər görüşün nəticəsini gözləməyi fikirləşirdik. Təəssüf ki, bunu bacarmadıq. Son iki turda çempion və gümüş medalçı ilə oynamalı oluruq. Təqvim baxımından bəxtimiz gətirmədi. Amma builki oyunlarımız ürəkaçan idi. Bu gün bir xalın acısını yaşayırıq. Gələcəkdə bunu aradan götürəcəyik."