21/04/2017

"Futbol və Sağlam Həyat" adlı layihə bu dəfə 16 saylı orta məktəbdə keçirilib


"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün təşkil olunmuş "Futbol və Sağlam Həyat" layihəsi davam edir.

Layihə bu dəfə Sumqayıtın 16 saylı orta məktəbində keçirilib. Tədbirdə həmin təhsil ocağı ilə yanaşı 1, 9, 42, 8, 43 və 5 saylı orta məktəbin şagirdləri də iştirak edib. Qeyd edək ki, baş tutan tədbirdə 70 məktəbli iştirak edib.

Nəzərdə tutulduğu kimi "Sumqayıt" FK-nın akademiyasının məşqçi heyəti şagirdlərə futbol oyunu haqqında hazırladığı proqramı təqdim edib. Tədbirdə "Sumqayıt" FK-nın U-10 komandasının baş məşqçisi Zahir Əsgərov və qızlardan ibarət komandamızın üzvləri iştirak edib.

Yekunda iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri, "Kapital Bank" ASC-nin hazırladığı xüsusi hədiyyələr təqdim edilib.