19/04/2017

"Sumqayıt" FK U-10, U-11, U-13 və U-14 1/4 finala vəsiqə qazandı


AFFA-nın təşkil etdiyi aşağı yaş qruplarından ibarət liqalarda 1/8 final mərhələsinin cavab oyunları keçirilib. "Sumqayıt" FK-nın U-10, U-11, U-13 və U-14 komandaları mərhələni qələbə ilə başa vuraraq 1/4 final mərhələsinə vəsiqə qazanıb. "Sumqayıt" FK U-10 səfərdə “Topqapı”nı 3:1, U-11 isə “Tovuz TİM”i 6:3 hesabı ilə məğlub edib. Qeyd edək ki, hər iki komandamız ilk oyunlarda da qələbə qazanmışdı. Bundan başqa, ilk oyunları səfərdə qələbə ilə başa vuran "Sumqayıt" FK U-13 və U-14 komandamız da “Kapital Bank Arena”da keçirilmiş cavab oyunlarında müvafiq olaraq “Gəncə TİM”lə (1:0) “Qusar Olimpiya”nı (7:1) məğlubiyyətə uğradaraq mərhələ adlayıb.


U-10 Liqası
"Topqapı" (Bərdə) - "Sumqayıt" FK 1:3 (ilk oyun 1:5)
Qollar:
Renat Qurbanov, Cəsur Əliyev Nazim Hüseynov.

U-11 Liqası
"Tovuz TİM" - "Sumqayıt" FK 3:6 (ilk oyun 1:9)
Qollar:
Nihat Əhmədzadə (3), İsmayıl Əliyev (2), Cavidan Hacızadə.

U-13 Liqası
"Sumqayıt" FK - "Gəncə TİM" 1:0 (ilk oyun 1:0)
Qol:
Süleyman Süleymanov.

U-14 Liqası
"Sumqayıt" FK - "Qusar Olimpiya" 7:1 (ilk oyun 2:1)
Qollar:
İlkin İbrahimov (3), İlkin Kərimli (2), Rüstəm Hümbətov, Rəşad Musayev.