19/04/2017

"Qarabağ" - "Sumqayıt" qarşılaşması saat 17:00-da start götürəcək


Topaz Premyer Liqasında XXVII turun oyun cədvəli müəyyənləşib. Bu tur çərçivəsində keçiriləcək olan “Qarabağ” – "Sumqayıt" qarşılaşmasının başlanma saatı açıqlanıb. Aprelin 23-ü “Azersun Arena”da baş tutacaq qarşılaşma saat 17:00-da start götürəcək.

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasındakı oyun isə aprelin 22-si "Bayıl Arena"da keçiriləcək və saat 14:30-da başlanacaq.