18/04/2017

"Sumqayıt" FK "Qarabağ"la oyunun hazırlığına start verib


Premyer Liqanın növbəti turunda səfərdə "Qarabağ"la qarşılaşacaq "Sumqayıt" Futbol Klubu iki günlük istirahəti başa vurub. Komandamız baş məşqçi Samir Abasovun rəhbərliyi altında bu gün "Kapital Bank Arena"da məşqə çıxıb. Uzun fasilədən sonra müdafiəçimiz Mikayıl Rəhimov kollektivlə birgə çalışıb. Məşq zamanı kompleks hazırlığa və toplu çalışmalara üstünlük verilib. "Sumqayıt" FK-nın növbəti məşqi sabah saat 11:00-da "Kapital Bank Arena"da olacaq.