17/04/2017

"Sumqayıt" FK-nın akademiyasından 5 oyunda 5 qələbə


AFFA-nın təşkil etdiyi aşağı yaş qruplarından ibarət liqalarda 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Bu mərhələdə iştirak edən "Sumqayıt" FK-nın U-10, U-11, U-13 və U-14 komandaları ilk oyunları qələbə ilə başa vurub. U-10-la U-11 komandamız həftəsonu "Kapital Bank Arena"da baş tutan oyunlarda Topqapı" (5:1) və "Tovuz TİM"i (9:1) məğlubiyyətə uğradıb. "Sumqayıt" FK U-13 səfərdə "Gəncə TİM"i 1:0, U-14 isə Qusarda "Qusar Olimpiya" klubunu 2:1 hesabı ilə üstələyib. Bu mərhələnin cavab oyunları 18-19 aprel tarixlərində keçiriləcək.
Qeyd edək ki, “Sumqayıt” FK-nın U-16 komandası da son turda “Vətən”i məğlub etməyi bacarıb. Komandamız Liqanın son oyununda 2:0 hesabı ilə qalıb gəlib.

U-10 Liqası
"Sumqayıt" FK - "Topqapı" (Bərdə) 5:1
Qollar:
Renat Qurbanov (2), Raul Əliyev, Kazım Zülfüqarlı, Nazim Hüseynov.

U-11 Liqası
"Sumqayıt" FK - "Tovuz TİM" 9:1
Qollar:
İsmayıl Əliyev (4), Nihat Əhmədzadə (3), Cavidan Hacızadə (2), Rəvan Məşiyev.

U-13 Liqası
"Gəncə TİM" - "Sumqayıt" FK 0:1
Qol:
Süleyman Süleymanov.

U-14 Liqası
"Qusar Olimpiya" - "Sumqayıt" FK 1:2
Qollar:
Rüstəm Əliyev (2).

U-16 Liqası
“Sumqayıt” FK – “Vətən” 2:0
Qollar:
İbrahim Novruzov (2).