21/01/2012

“Sumqayıt” laktat testən keçdi


“Sumqayıt” Futbol Klubu Antalyada təlim-məşq toplanışını davam etdirir. Komandamızın üzvləri fiziki hazırlıqlarının yoxlanması ilə əlaqədar laktat testdən keçiblər.

Nəzərinizə çatdıraq ki, komandamızın üç üzvü – Ruslan Tağızadə, Emin Mustafayev və Orxan Həsənov U-21-in düşərgəsinə yollanıb.

“Sumqayıt” Antalyada bu gün növbəti yoxlama oyununa çıxacaq. Yanvarın 19-da Qazaxıstanın “Jetusi” klubunu 2:0 hesabı ilə məğlubiyyətə uğradan Bernhard Raabın komandası bu dəfə Almaniya 1-ci Bundesliqasında mübarizə aparan “Paterborn”la üz-üzə gələcək. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq görüş “Arcadia Limak” otelinin stadionunda keçiriləcək.