15/04/2017

"Sumqayıt" FK "Zirə" ilə heç-heçə edib


"Sumqayıt" - "Zirə" 1:1
15 aprel 2017. Saat 16:30.“Kapital Bank Arena”, 1600 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeylanov, Rza Məmmədov
Dördüncü hakim: Elvin Əsgərov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məlik Həsənov
Sarı vərəqələr: Bəxtiyar Həsənalızadə, 22 (qeyri-idman hərəkəti); Azər Salahlı, 31 (qeyri-idman hərəkəti); Fərhad Qıstarov, 60 (perspektivli hücumun qarşısını kəsdiyinə görə); Nicat Muxtarov, 73 (qeyri-idman hərəkəti); Ayaz Mehdiyev, 90+4 (qeyri-idman hərəkəti) // Adil Nağıyev, 67 (qeyri-idman hərəkəti); Milan Duriç, 90+4 (qeyri-idman hərəkəti)
Qollar: Mirabdulla Abbasov, 83 // Milan Duriç, 90+4 (p.)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə 4 dəq.

“Sumqayıt”
1. Fərhad Vəliyev
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
8. Nicat Muxtarov
(13. Bəhlul Mustafazadə, 88)
9. Amil Yunanov
10. Məhəmməd Qurbanov
14. Bəxtiyar Həsənalızadə
19. Azər Salahlı
20. Fərhad Qıstarov
(5. Seymur Əsədov, 86)
22. Mirabdulla Abbasov
77. Ehtiram Şahverdiyev
(25. Ayaz Mehdiyev, 54)

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
21. Nasir Abilayev
74. Yusif Nəbiyev
97. Xəyal Nəcəfov

Baş məşqçi: Samir Abasov

“Zirə”
85. Kamal Bayramov
44. Migel Lorenso
5. Adil Nağıyev
39. Sadiq Quliyev
(17. Vüsal İsgəndərli, 90)
28. Təmkin Xəlilzadə
16. Akim Latifu
11. Viktor İqbekoyi
(6. Vüqar Mustafayev, 64)
8. Milan Duriç
10. Elvin Məmmədov (k)
(9. Nurlan Novruzov, 76)
20. Sezar Meza Kolli
43. Riçard Qadze

Ehtiyat oyunçular:
62. Abdulla Seyidəhmədov
13. Aleksandr Şemonayev
92. Cavid Tağıyev
26. Georgi Qorozia

Baş məşqçi: Ayxan Abbasov

Topaz Premyer Liqasında 26-cı tura start verilib. "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da "Zirə" ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 1-1 hesablı heç-heçə ilə yekunlaşıb.

Samir Abasov: ("Sumqayıt" FK-nın baş məşqçisi): “Oyuna pis başladıq. Şükürlər olsun ki, ikinci hissədə özümüzü toparladıq. Düzgün müdafiə olunduq, rəqibə imkanlar vermədik. İkinci hissədə top saxlamağa çalışdıq ki, bunun öhdəsindən gəldik. Elə fiziki gücdəyik ki, hətta 3 hissə də oynaya bilərik. Oyuna çıxanda uşaqlara səbrli olmağı tapşırmışdım. Əfsuslar olsun ki, son dəqiqələrdə qol buraxdıq, qələbəni əldən verdik. Ən azından xal itirməmişik, buna şükr edirik. Avropa Liqasına vəsiqə qazanmaq üçün şansımız qalıb, sona qədər belə mübarizə aparacağıq”.