13/04/2017

"Sumqayıt" FK U-17 AZAL-ı, U-16 isə "Turan"ı məğlub edib


AFFA-nın təşkil etdiyi liqalarda növbəti turun oyunları keçirilib. "Sumqayıt" FK-nın 17 yaşadək futbolçulardan ibarət komandası səfərdə AZAL üzərində 4:1 hesablı qələbə qazanıb. Komandamızdan qolları Elçin Həsənxanov, Orxan Hüseynzadə, Cavid Quliyev və Amil Məmmədov vurub.

U-16 komandamız da turu böyükhesablı qələbə ilə başa vurub. Baba Əsgərovun komandası "Kapital Bank Arena"da "Turan"ı 7:0 üstələyib. Komandamızdan qolları İbrahim Novruzov (3), Elton Nağıyev (2), Səbuhi Abdullazadə və Qurban Hüseynov vurub.

Bu arada, AFFA-nın təşkil etdiyi aşağı yaş qruplarında növbəti mərhələnin püşkatma mərasimi keçirilib. Beləliklə, final mərhələsinə vəsiqə qazanmış "Sumqayıt" FK-nın U-10, U-11, U-13 və U-14 komandalarının rəqibləri müəyyənləşib. Oyunların qrafiklərini nəzərinizə çatdırırıq.

U-10 Liqası
15.04.2017 / Kapital Bank Arena / 11:00 "Sumqayıt" FK - "Topqapı" (Bərdə)
18.04.2017 / Mingəçevir / 14:00 "Topqapı" (Bərdə) - "Sumqayıt" FK

U-11 Liqası
15.04.2017 / Kapital Bank Arena / 11:00 "Sumqayıt" FK - "Tovuz TİM"
19.04.2017 / Tovuz / 15:00 "Tovuz TİM" - "Sumqayıt" FK

U-13 Liqası
15.04.2017 / Gəncə / 15:00 "Gəncə TİM" - "Sumqayıt" FK
18.04.2017 / Kapital Bank Arena / 15:00 "Sumqayıt" FK - "Gəncə TİM"

U-14 Liqası
16.04.2017 / Qusar / 14:00 "Qusar Olimpiya" - "Sumqayıt" FK
19.04.2017 / Kapital Bank Arena / 14:00 "Sumqayıt" FK - "Qusar Olimpiya"