12/04/2017

"Futbol və Sağlam Həyat" adlı layihə bu dəfə 31 saylı orta məktəbdə baş tutub


"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün təşkil olunmuş "Futbol və Sağlam Həyat" layihəsi davam edir.

Layihə bu dəfə Sumqayıtın 31 saylı orta məktəbində keçirilib. Tədbirdə həmin təhsil ocağı ilə yanaşı 29, 17 və 14 saylı orta məktəbin şagirdləri də iştirak edib. 

Nəzərdə tutulduğu kimi, bu dəfə akademiyamızın koordinatoru və 16 yaşadək futbolçulardan ibarət komandamızın baş məşqçisi Baba Əsgərov şagirdlərə futbol oyunu haqqında hazırladığı proqramı təqdim edib.

Yekunda iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri, "Kapital Bank" ASC-nin hazırladığı xüsusi hədiyyələr təqdim edilib.