11/04/2017

"Sumqayıt" - "Zirə" oyunu saat 16:30-da start götürəcək


Topaz Premyer Liqasında XXVI turun oyun cədvəli müəyyənləşib. Bu tur çərçivəsində keçiriləcək olan “Sumqayıt” – "Zirə" qarşılaşmasının başlanma saatı açıqlanıb. Aprelin 15-i “Kapital Bank Arena”da baş tutacaq qarşılaşma saat 16:30-da start götürəcək.

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasındakı oyun isə aprelin 14-ü eyni məkanda keçiriləcək və saat 13:00-da başlanacaq.