10/04/2017

"Futbol və Sağlam Həyat" adlı layihə 23 saylı orta məktəbdə keçirilib


"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün təşkil olunmuş "Futbol və Sağlam Həyat" layihəsi davam edir. Layihə bu dəfə Sumqayıtın 23 saylı orta məktəbində keçirilib. Tədbirdə həmin təhsil ocağı ilə yanaşı 22, 26 saylı orta məktəbin şagirdləri və İstedad liseyinin üzvləri iştirak edib.

Nəzərdə tutulduğu kimi "Sumqayıt" FK-nın alademiyasının məşqçi heyəti şagirdlərə futbol oyunu haqqında hazırladığı proqramı təqdim edib. Tədbirdə "Sumqayıt" FK-nın əvəzedici komandasının baş məşqçisi Elbrus Məmmədov, futbolçu heyəti və qızlardan ibarət komandamızın üzvləri iştirak edib.

Yekunda iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri, "Kapital Bank" ASC-nin hazırladığı xüsusi hədiyyələr təqdim edilib.

Qeyd edək ki, "Futbol və Sağlam Həyat" layihəsi 48 orta məktəbi əhatə edəcək. Ümumilikdə, layihənin bu mərhələsində 500-dən artıq şagird iştirak edəcək.