08/04/2017

"Futbol və Sağlam Həyat" adlı layihə Texniki və Təbiət Elmləri liseyində keçirilib


"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün təşkil olunmuş "Futbol və Sağlam Həyat" layihəsi davam edir. Layihə bu dəfə Sumqayıtın Texniki və Təbiət Elmləri liseyində keçirilib. Tədbirdə həmin liseylə yanaşı 2, 4, 35 və 39 saylı orta məktəblərin şagirdləri də iştirak edib.

Nəzərdə tutulduğu kimi "Sumqayıt" FK-nın alademiyasının məşqçi heyəti şagirdlərə futbol oyunu haqqında hazırladığı proqramı təqdim edib. Tədbirdə "Sumqayıt" FK-nın məşqçi heyəti ilə yanaşı əvəzedici komandanın da üzvləri iştirak edib.

Yekunda iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri, "Kapital Bank" ASC-nin hazırladığı xüsusi hədiyyələr təqdim edilib.

Qeyd edək ki, "Futbol və Sağlam Həyat" layihəsi 48 orta məktəbi əhatə edəcək. Ümumilikdə, layihədə 500-dən artıq şagird iştirak edəcək.