07/04/2017

"Sumqayıt" FK AZAL-la qarşılaşma üçün hazırlığını davam etdirir


Son turda "Neftçi" üzərində qələbə qazanmış "Sumqayıt" Futbol Klubu növbəti turda qarşılaşacağı AZAL-la oyunun hazırlığını davam etdirir. Komandamız baş məşqçi Samir Abasovun rəhbərliyi altında bu gün "Kapital Bank Arena"da növbəti məşqini keçib. Xeyli müddətdir zədəli olan Ayaz Mehdiyev artıq tam sağalaraq kollektivə qoşulub. Zədə səbəbindən "Neftçi" ilə matçda da iştirak edə bilməyən Xəyal Nəcəfov da artıq tam hazırdır. Mikayıl Rəhimov isə fərdi şəkildə hazırlaşıb. Məşq zamanı kompleks hazırlığa və toplu çalışmalara üstünlük verilib. "Sumqayıt" FK-nın növbəti məşqi sabah saat 15:30-da "Kapital Bank Arena"da olacaq.

Xatırladaq ki, AZAL - "Sumqayıt" oyunu aprelin 10-u “AZAL Arena”da baş tutacaq və qarşılaşma saat 17:30-da start götürəcək. Oyun CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Bu komandaların əvəzedici heyətləri arasındakı oyun isə aprelin 9-u eyni məkanda keçiriləcək və saat 14:00-da start götürəcək.