04/04/2017

AZAL – “Sumqayıt” oyunu saat 17:30-da start götürəcək


Topaz Premyer Liqasında XXV turun oyun cədvəli müəyyənləşib. Bu tur çərçivəsində keçiriləcək olan AZAL – “Sumqayıt” qarşılaşmasının başlanma saatı açıqlanıb. Aprelin 10-u “AZAL Arena”da baş tutacaq qarşılaşma saat 17:30-da start götürəcək.

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasındakı oyun isə aprelin 9-u eyni məkanda keçiriləcək və saat 14:00-da başlanacaq.