02/04/2017

"Sumqayıt" FK "Neftçi" üzərində əzmkar qələbə qazanıb


"Sumqayıt" - "Neftçi" 2:0
2 aprel 2017. Saat 16:30.“Kapital Bank Arena”, 2002 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Knyaz Əmiraslanov, Cəmil Quliyev
Dördüncü hakim: Ramil Diniyev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Şaiq Həmidov
Sarı vərəqələr: Fərhad Qıstarov, 53 (qeyri-idman hərəkəti) // Cavid İmamverdiyev, 74 (sistematik qayda pozuntusuna görə)
Qollar: Bəxtiyar Həsənalızadə, 60; Amil Yunanov, 63
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

“Sumqayıt”
1. Fərhad Vəliyev
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
8. Nicat Muxtarov
(5. Seymur Əsədov, 90+1)
9. Amil Yunanov
10. Məhəmməd Qurbanov
(74. Yusif Nəbiyev, 90+3)
14. Bəxtiyar Həsənalızadə
19. Azər Salahlı
20. Fərhad Qıstarov
22. Mirabdulla Abbasov
(13. Bəhlul Mustafazadə, 90+2)
77. Ehtiram Şahverdiyev

Ehtiyat oyunçular:
92. Mehdi Cənnətov
21. Nasir Abilayev
39. Tural Bayramlı
97. Xəyal Nəcəfov

Baş məşqçi: Samir Abasov

“Neftçi”
53. Maksim Vaylo
6. Pavel Dreksa
(3. Jairo Rodriges, 66)
7. Namiq Ələsgərov
8. Zdenek Folprext
10. Cavid İmamverdiyev (k)
11. İqnasio Herrera Fernandes
(9. Uqo Barqas, 63)
12. Daniel Seqovia
17. Rəhman Hacıyev
25. Kiril Petrov
27. Məqsəd İsayev
29. Georgi Navalovski

Ehtiyat oyunçular:
66. Kamran İbrahimov
5. Anton Krivotsyuk
13. Murad Ağayev
80. Edson Kastilya
95. Elvin Bədəlov

Baş məşqçi: Elxan Abdullayev

Topaz Premyer Liqasında 24-cü turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu doğma meydanda "Neftçi" ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə komandamız 2-0 hesablı qələbə qazanıb.


Samir Abasov: ("Sumqayıt" FK-nın baş məşqçisi): "İlk dəfədi ki, nə deyəcəyimi bilmirəm. Uşaqlar elə bir əhval-ruhiyyədə idilər ki, sözlə ifadə etmək olmur. Taktiki dəyişikliyə əl atıb, iki hücumçuyla oynadıq. Pis oldu ki, Çernışovun ayaq barmağı sındı. Ancaq şükür ki, qalib gəldik".