15/03/2017

"Kəpəz" - "Sumqayıt" oyunu saat 16:00-da start götürəcək


Topaz Premyer Liqasının XXIII turun oyun cədvəli müəyyənləşib. Bu tur çərçivəsində keçiriləcək "Kəpəz” – "Sumqayıt” FK oyununun başlanma saatı açıqlanıb. Martın 18-də Gəncə şəhər stadionunda baş tutacaq görüş saat 16:00-da start götürəcək.

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasında oyun isə martın 19-da eyni məkanda keçiriləcək və saat 14:00-da start götürəcək.