19/01/2012

Yasin Abbasov "Sumqayıt"da!


“Sumqayıt” Futbol Klubu daha bir transferini rəsmiləşdirib. 90 nömrəli formanı seçən gənc hücumçu Yasin Abbasov klubumuzla 1,5 il müddətinə müqaviləyə imza atıb. 23 yaşlı futbolçunun son iş yeri Premyer Liqanın digər təmsilçisi Tovuzun “Turan” klubu olub. Yeni futbolçumuz sabah günorta saatlarında Antalyada keçirilən təlim-məşq toplanışında komandaya qoşulacaq.