12/03/2017

"Sumqayıt" FK-nın əvəzediciləri əzmkar qələbə qazanıb


Əvəzedicilərin çempionatında 22-ci turun oyunları keçirilib. "Sumqayıt" FK-nın əvəzediciləri səfərdə "İnter"in qonağı olub. Oyunun gedişində komandamız 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, qarşılaşmanı 3:2 hesablı qələbə ilə başa vurmağa müvəffəq olub.

"İnter" - "Sumqayıt" 2:3
Ceyhun Muxtarlı, 3, 21. - Ricat Qarayev, 38 (ö.q.). Fərhad Qıstarov, 54. Tural Bayramlı, 85.