09/03/2017

"Sumqayıt" FK U-16 "Qarabağ"la heç-heçə edib


U-16 Liqasında növbəti turun oyunları keçirilib. "Sumqayıt" FK-nın 16 yaşadək futbolçulardan ibarət komandası doğma arenada "Qarabağ"la qarşılaşıb və görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Komandamızdan qolları Rüfət Abdullazadə və Eltun Nağıyev vurub.

Yeri gəlmişkən, Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət komandası 2017-ci il mart ayının 14-dək Bakı şəhərində təlim-məşq toplanışı keçəcək. "Sumqayıt" Futbol Klubunun 1 futbolçusu - Rəşad Kərimov U-16 millimizin düşərgəsinə dəvət alıb.