07/03/2017

"İnter" - "Sumqayıt" oyunu saat 18:00-da start götürəcək


Topaz Premyer Liqasının XXII turun oyun cədvəli müəyyənləşib. Bu tur çərçivəsində keçiriləcək "İnter” PİK – "Sumqayıt” FK oyununun başlanma saatı açıqlanıb. Martın 13-də "İnter Arena"da baş tutacaq görüş saat 18:00-da start götürəcək.

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasında oyun isə martın 12-də eyni məkanda keçiriləcək və saat 15:00-da start götürəcək.