07/03/2017

"Sumqayıt" FK "İnter"lə oyunun hazırlığına start verib


Topaz Premyer Liqasının XXII turunda səfərdə "İnter"lə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu 2 günlük istirahətin ardından məşqlərə start verib. Komandamız bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında "Kapital Bank Arena"da hazırlığa başlayıb. Qeyd edək ki, 9 futbolçumuz - Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Yusif Nəbiyev, Xəyal Nəcəfov, Mirabdulla Abbasov, Kamran Abdullazadə, Nicat Muxtarov, Azər Salahlı və Tərlan Əhmədli 21 və 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandalarının heyətindəyer aldığı üçün məşqdə iştirak etdməyib. Zədəli olduğuna görə, "Qarabağ"la qarşılaşmada iştirak edə bilməyən Rail Məlikov isə sağalıb və bugünki hazırlıq prosesində iştirak edib.

Qeyd edək ki, martın 13-də səfərdə "İnter Arena"da baş tutacaq "İnter" - "Sumqayıt" oyunu saat 18:00-da başlayacaq.