03/03/2017

"Sumqayıt" FK-nın 9 futbolçusu Azərbaycan millisində!


"Sumqayıt" Futbol Klubunun 9 futbolçusu 21 və 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandalarına dəvət olunub. Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Yusif Nəbiyev, Xəyal Nəcəfov, Mirabdulla Abbasov, Kamran Abdullazadə, Nicat Muxtarov, Azər Salahlı və Tərlan Əhmədli mart ayının 6-dan 9-dək Bakı şəhərində baş tutacaq təlim-məşq toplanışına çağırılıblar.

Qeyd edək ki, 9 futbolçumuzun yığma komandaya dəvət olunması klub tariximizdə yeni rekorddur.