27/02/2017

"Sumqayıt" FK-nın akademiyasından 3 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət


AFFA-nın təşkil etdiyi liqalarda həftəsonu növbəti turun oyunları keçirilib. Şimal Regionu üzrə mübarizə aparan aşağı yaş qruplarında isə fasilə başa çatıb. Fasilədən sonra "Sumqayıt" FK U-13, U-12 və U-11 turu qələbə ilə tamamlayıb. Yalnız U-10 komandamız bu turu heç-heçə edib.

Paytaxt bölgəsində mübarizə aparan "Sumqayıt" FK U-15 bu həftə heç-heçə edib. İki komandamız - U-17 və U-14 isə məğlub olub.

Şimal Regionu
U-13 Liqası
“Sumqayıt” FK – “Sunami” 5:0
Rəhman Məmmədov (3), Ayxan Qasımov, Elton Quliyev.

U-12 Liqası
“Sumqayıt” FK – “Binəqədi” 1:0
Nüsrət Fərzəli.

U-11 Liqası
“Sumqayıt” FK – “Təhsil” 5:0
Cavidan Hacızadə (2), Nihat Əhmədzadə, İsmayıl Əliyev, Namiq Əliyev.

U-10 Liqası
“Sumqayıt” FK - İEOUGİM 3:3
Renat Qurbanov (2), Nazim Hüseynov.

Paytaxt zonası
U-17 Liqası
“Sumqayıt” FK – “Vətən” 0:6

U-15 Liqası
“Mil-Muğan” – “Sumqayıt” FK 2:2
Cəlal Cəbrayılov (2).

U-14 Liqası
“Sumqayıt” FK – “İnter” 3:4
İlkin İbrahimov (2), İlkin Kərimli