19/01/2012

Samir Abasov: “Premyer Liqanın ikinci dövrəsinə tam hazır olacağıq”


Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” Futbol Klubu hazırlığını davam etdirir. Komandanın kapitanı Samir Abbasov hazırlıq prosesi ilə əlaqədar klubun rəsmi saytına açıqlama verib: “Hazırlığımız yüksək səviyyədə keçir. Şükürlər olsun ki, tam heyətlə hazırlaşa bilirik, zədəli futbolçumuz yoxdur. Bu gündən etibarən isə yoxlama oyunlarına başlayırıq. Düzdür, belə qarşılaşmalarda önəmli olan nəticə deyil. Əsas odur ki, heyətə cəlb olunan yeni futbolçular kollektivə uyğunlaşa bilsin və komandanın oyununda artım olsun. Düşünürəm ki, bu toplanış komandaya yaxşı təsir edəcək və Premyer Liqanın ikinci dövrəsinə qədər tam hazır olacağıq”.