19/01/2012

“Sumqayıt” 19:30-da “Jetusi” ilə qarşılaşacaq


Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” Futbol Klubu bu gün ilk yoxlama oyununu keçirəcək. Komandamızın rəqibi Qazaxıstan Premyer Liqasının 2-ci pilləsində qərarlaşan “Jetusi” klubu olacaq. Oyun Bakı vaxtı ilə 19:30-da “Arcadia Limak” otelinin stadionunda baş tutacaq.

Komandamız ikinci oyununu yanvarın 21-də Bakı vaxtı ilə saat 17:00-da 2-ci Bundesliqada mübarizə aparan “Paterborn” klubuna qarşı keçirəcək.

“Sumqayıt” FK-nın üçüncü yoxlama matçı isə yanvarın 24-də Rusiya 1-ci liqa təmsilçisi “Fakel”ə qarşı olacaq. Bu görüşün keçirilmə vaxtı ilə əlaqədar saytımızda məlumat veriləcək.

“Sumqayıt” FK-nın mətbuat xidmətinin rəhbəri
Rəşad Məmmədov +90 534 03 33 556