17/01/2012

2012-ci il Azərbaycanda “İdman ili” elan edilib


Ölkə başçısı İlham Əliyev Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Ölkəmizdə idmanın inkişaf etdirilməsi, Olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması, yeni idman və Olimpiya komplekslərinin tikilməsi zərurəti, eləcə də idmançılarımızın London olimpiadasında, dünya və Avropa çempionatlarında, rəsmi beynəlxalq yarışlarda yüksək göstəricilərinin təmin edilməsi məqsədi ilə 2012-ci il Azərbaycan Respublikasında “İdman ili” elan edilib.