15/02/2017

"Sumqayıt" FK-nın ev oyunlarını 10 890 azarkeş izləyib


Topaz Premyer Liqasında 19 tur artıq arxada qalıb. 22 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan "Sumqayıt" Futbol Klubu bu oyunların 9-nu doğma meydanda, "Kapital Bank Arena"da keçirib. Komandamızın ev oyunlarını ümumilikdə 10 890 azarkeş izləyib.

Qeyd edək ki, "Kapital Bank Arena"nın azarkeş tutumu 1326 nəfərlikdir.