14/02/2017

"Sumqayıt" - AZAL oyunu saat 15:00-da start götürəcək


Topaz Premyer Liqasının XIX turun oyun cədvəli müəyyənləşib. Bu tur çərçivəsində keçiriləcək "Sumqayıt” - AZAL oyununun başlanma saatı açıqlanıb. Fevralın 19-da "Kapital Bank Arena”da baş tutacaq görüş saat 15:00-da start götürəcək.

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasında oyun fevralın 18-də "Kapital Bank Arena”da keçiriləcək və saat 14:00-da başlanacaq.